
Qırmızı Saçlı Qadın
7/10
Orxan Pamuk “Qırmızı Saçlı Qadın”da bizi otuz il əvvəl İstanbul yaxınlığındakı bir qəsəbədə bir lisey şagirdinin yaşadığı sarsıdıcı eşq hekayəsilə böyük bir insani günahın izincə sürükləyir.
1980-ci illərin ortasında ənənəvi üsulla quyu qazan Mahmud Ustayla köməkçisi “Kiçik bəy” Cem çətin bir ərazidə su axtarır. Qəsəbənin kənarında qurulan sarı teatr çadırında əsrarəngiz bir aktrisa hər gecə qədim nağıl və hekayələri nəql etməkdədir.
Roman bir yandan gənc qəhrəmanın sevgi, qısqanclıq, məsuliyyət və azadlıq hisslərilə dərindən tanış olmasını nəql edərkən, digər tərəfdən də mədəniyyətlər vasitəsilə atalar və oğullar, “avtoritarlıq” və fərdilik mövzularını araşdırır.
Kateqoriya : Roman