Britaniya Ştammı Nədir? Xüsusiyyətləri Hansılardır?

B117 virusu nədir? Britaniya Ştammı (B117) virusunun simptomları və xüsusiyyətləri hansılardır?
Dünya ölkələri korona virusu ilə son dərəcə təsirli peyvənd işləri ilə mübarizə apararkən, İngiltərədə mutasiya edilmiş bir korona virus növünün aşkar edildiyi açıqlandı. Ümumdünya Səhiyyə Təşkilatı, B117 virusu təhlükəsinə diqqət çəkdi. İngilis səlahiyyətliləri, mutasiyaya uğramış virusun Covid-19 virusundan daha sürətli yayıldığını bildirdi.
B117 virusunun mutasiyası nədir?
İngiltərədə ilk dəfə göründükdən sonra bəzi Avropa ölkələrində görülən korona virusu mutasiyası dünya ölkələrini hərəkətə gətirdi. Dünya Səhiyyə Təşkilatı ölkələrə Covid-19 tədbirlərini sərtləşdirmələri barədə xəbərdarlıq etdi.
Koronavirusun "Britaniya" ştammı adlanan yeni növü ilk
dəfə 2020-ci ilin sentyabrında Kent qraflığında müəyyən olunub. Qısa zaman ərzində yeni ştamm sürətlə yayılaraq Britaniyanın bütün ərazilərində aşkarlanıb.
ABŞ-da statistik hesablamalara görə, ümumi yoluxma hallarının 25-30%'ni virusun bu növü təşkil edir. Alimlər bu ştammın əvvəlkinövlərlə müqayisədə 50% daha yoluxucu və 65% daha öldürücü olduğunu müəyyənləşdirib.
Hazırda Azərbaycana qonşu olan Gürcüstan, İran, Türkiyədə də yeni ştammlar aşkarlanıb.
Britaniya ştammı əsasən öskürək, güclü yorğunluq, boğaz va əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniya Milli Statistika Xidməti müəyyənləşdirib ki, yeni ştammda iybilmə qabiliyyətinin itirilməsi "Çin" variantına nisbətən özünü daha zəif büruzə verir.
İngiltərədə aparılan son elmi tədqiqatda isə göstərilir ki, virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalı SARS-CoV-2-in yoluxdurma əmsalından minimum 35% daha böyükdür. Eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15%'dir.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klüge açıqlamalarının birində yeni ştammın daha çox gənc yaş qrupları arasında yayılma ehtimalının olduğunu bildirmişdi.