
Homo habilis (bacarıqlı insan): əmək alətləri hazırlaya bilən, düzgün qamətlə yeriyə bilən ən qədim insan növüdür.
Bundan təxminən 2.3 - 1.65 milyon il öncə Şərqi və Cənubi Afrikada yaşamışdır.
Homo habilis 1.27 metr boylarında və 45 kq çəkidə olmuşdur. Bunun yanında Avstralopiteklərə də bənzəyirdi. Habilis, Homo növünə daxil olan canlılar arasında müasir insana ən az bənzəyəndir. Hətta 1960-cı illərdə Homo növünə aid olduğu belə rədd edilirdi, ancaq sonradan aparılan araşdırmalarla bu iddianın keçərsiz olduğu sübut edildi. Qısa boylu, uzun qollu idi, ancaq üzü müasir insana bənzər şəkildə basıqlaşmağa başlamışdır.
Homo habilisin beyin həcmi 500-900 sm3 (ortalama 600-650 sm3) arasında dəyişirdi. Strukturca kəllə sümüyü də insanlarınkına daha çox bənzəyirdi. Hətta beyin strukturlarında aparılan təhlillər habilisin primitiv (sadə) mənalı səslər çıxara bildiyini göstərir. Elm adamları arasında habilis ilə əlaqədar Avstralopiteklərəmi, yoxsa Homolaramı daxil ediləcəyi mövzusunda sıx müzakirələr aparılmışdır, bir neçə dəfə adı dəyişdirilmişdir. Hal-hazırda, habilis, beyin həcminin böyüklüyünə görə Homo cinsi altında qiymətləndirilir və qəbul edilir.
Homo habilisin fosillərinin tapıldığı qatlarda daş alətlərə də rastlandığı üçün Homo habilisin alət istifadə edə bildiyi düşünülür. Homo habilis adının mənası da burdan gəlməkdədir: Bacarıqlı insan.