Sarı Çiçəklər

O gün hava çox yaxşı idi.Qışın soyuğundan yazın istisinə keçid xoşbəxtlik hissi verirdi.Elə bil hava da məni sevin deyirdi.Yaz gününün altında evimizdən ayrılıb küçəyə endim.Məhlədə futbol oynayan uşaqlar,nərd atan ağsaqqal dayılar,çayxananın qarşısındakı müştəriləri görüb özümü çox xoşbəxt hiss edirdim.Hər şey çox yaxşı idi .Yolüstü uşaqlarla biraz top oynayıb ağsaqqalara salam verib yanlarından keçib yola tərəf gedirdim.Məhlənin aralığından çıxıb səki ilə düz yol aldım. Heç hara getdiyimidə bilmədən, ancaq gedirdim.Maşınlar bir-birini sürətlə şütüyüb keçirdi.Onların rənginə və markalarına baxıb gəzintimə maraq qatırdım.Artıq bir neçə küçə keçmişdim. Qarşıdan gələn yaşlı nənə zənbili ağır olduğundan zəbilləri yerə qoydu.Mən sürətimi artırıb ona kömək oldum,zənbillərini alıb evinə qədər daşıdım.Zənbilləri qapının ağzına qoyub uzaqlaşdım.Yenə səki ilə düz addımlayırdım ki,bilmədən çiyinim birinə dəydi:
--Çox çox üzr istəyirəm diqqətsizliyim ucbatından.
Mən ona baxıb donub qaldım nə deyəcəyimi bilmədən
--Boş verin mənim günahımdır...-dedim
O başını aşağı salıb getdi.Onun tik-tak səsi yaradan ayaqqabısı və qırmızı donu məni valeh etdi.İlk dəfədir ki bu qədər gözəl bir qadınla rastlaşırdım.Mən çevrilib onun arxasınca baxırdım.Xəfifcə əsən küləklə rəqs edən sarı saçları,necə də gözəl idi.Mən dilimi udub qalmışdım.Getdikcə uzaqlaşırdı.Bir neçə addımdan sonra o da çevrilib bura baxdı.Üzündə yaranan təbəssüm, bu heyrətamiz idi.İlk baxışdan insana bu qədər vurulmaq olarmı?!Mən maraqdan dayana bilməyib onun izinə düşmək istəyirdim ki, o bir neçə addımdan sonra gözdən itdi.İçimdə böyük üzüntü və sıxıntı ilə davam edə bilməyib geri qayıtdım.Hələ də məhlədən gülüş səsləri və nərd səsləri gəlirdi hər kəs çox xoşbəxt idi.Mən başım aşağı evə tərəf gəlib qapını açıb içəri girdim .İlk addımda elə qrammofonda səsələnən həzin musiqinin təsirinə qapılıb otağıma getdim.Pəncərənin önündə əyləşib, həzin musiqi ilə xəyala daldım.Hava getdikcə qaralır,isti yaz günəşi batırdı.Mən hələ də onu fikirləşərək, pəncərənin önündə qalmışdım.Gözüm qapanırdı,artıq yatmaq vaxtı idi.Yorğun şəkildə uzanıb yuxuya gedib,səhərin tez açılmağını arzu edirdim. Günəş şüaları şüşələri dəlib düz otağın ortasına tuşlanmışdı.Otağı aydınladıb,həmdə məni yuxudan ayıltdı. Böyük bir əsnəmə ilə yerimdən dikəlib vannaya əlimi yumaqa addımladım.Əlimi üzümü yuyub bir fincan qəhvə düzəldib isti-isti üşüyən bədənimə qəbul etdim.Kofenin istisi mənim içimdəki buzlaqları əridirdi.Ağlımda dünəndən qalan hadisə çıxmağ bilmirdi.Tez qarnımı doyurub əynimi geyinib yola düşdüm.İnanırdım ki,o yenə gələcək.Qapını açıb bayıra çıxdım.İsti yaz havası hər tərəfi işıqlandırırdı.Məhlədə yenə səs küy qopmuşdu.Deyəsən uşaqlar topu vurub qonuşunun evinin pəncərəsini qırıblar. Bayırdakı aura mənim gülüşümə səbəb oldu.Elə o xoşbəxtliklə də mən öz sevgimi axtarmağa çıxmışdım .Yol ustü gül dükanından bir dənə gül alıb eyni səkiyə yollandım.Səkiyə çıxırdım ki,onun gəldiyini görüb tez divarın tinində dayandım.Ürəyim yerindən çıxacaqdı, nə edəcəyimi bilmirdim.Əlimdə bircə dənə gülü bir əlim ilə pencəyimin döş tərəfində gizlətdim.Gizləndiyim yerdən çıxıb gizlənən çiçəklə elə bil ilk sevgimin qabağına çıxdım.Onun payızı özündə birləşdirən parlaq və xoşbəxt gözlərini görəndə mən hər şeyi unutdum.O gizlənən çiçəyi görüb gülümsədi və yenə də heçnə deyə bilmədim.O gülərək yoluna davam etdi.Bu dəfə mən onu təqib edib yaşadığı evə qədər gəldim.Evlərini görəndən sonar arxaya qayıdıb,toparlanmağa çalışdım.Toparlanıb bir dəstə gül toplayıb evlərinə sarı yollandım gəlib pəncərələrinin önündə dayandım o pəncərənin önündəki güldanı sulayırdı.Əlimdə bir gül dəstəsi ilə onun qarşısına keçib dayanmışdım.O başını qaldırıb mənə baxıb gülümsədi və pəncərinin önündən yoxa çıxdı.Deyəsən aşağı gəlirdi mən hələdə yerimdə donub qalmışdım iki əlim ilə bərk-bərk yapışmışdığm güllər belə həyacandan əsirdi.O addım-addım mənə yaxınlaşırdı.Az qala ürəyim dayanacaqdı.Hər şey çox sevgi dolu idi.Hava belə sevgi qoxurdu.O gəlib əlimdəki dəstə gülü alıb gülərək geri qayıtdı ,amma mən hələdə yerimdən tərpənə bilmirdim, elə bil yerə yapışmışdım.Yenə onla danışa bilmədim deyə param-parça olmuşdum.Donub qaldığım yerdən yavaş-yavaş uzaqlaşmaq istəyirdim.Asta-asta addımlarla ordan uzaqlaşırdım.Mən yarı xoşbəxt,yarı kədərli halda hisslərimə hakim ola bilmirdim.İkisinin sintezindən gözümdən yaş süzülürdü.Niyə axı?! Artıq günorta idi.İsti adamı qovururdu.Evimizdən bir neçə saatlıq yolda uçulmuş hündür hasar vardı, ətrafı isə tamamı ilə yaşıllıq idi.Günəşin istiliyini hənirti ilə üzümə vuran külək, xəfifcə əsirdi.Ağacların yarpağı bu küləyin axarında rəqs edirdi.Mən yola düşüb hasara yaxınlaşırdım .Çatıb hasarın üstünə qalxdım.Küləyin uzaqlıqdan görünən dağın yaşıl ağaclarını, əyri-üyrü çəmənlikllərin uclarını tərpədməsini seyr edirdim.Bu valeh edici mənzərə idi.Onunla bu mənzərəni görüb birgə izləmək necə də möhtəşəm olardı.Mən xəyallarla qarışıb yoxa çıxmışdım.Heç havanın qaralmasını belə hiss etməmişdim.Axşama sarı hava soyumağa başlayırdı və mən evə yol aldım.Bu gün özümü içdən xoşbəxt hiss edirdim.Səhərin açılması ümidi ilə yemək belə yemədən yatağıma uzanıb yatdım.Ama qurduğum xəyallar mənə yatmağa izin vermirdi.Gecə düşmüşdü,ayın nur saçan şəfəqləri azacıq içərini işıqlandırırdı.Yuxuya gedə bilmirdim.Yanımdakı qrammofon üçün olan Şopenin plastinkasını seçdim.Qrammofon həzin-həzin oxuyurdu. Bu həzin musiqi sədaları altında məni yuxu aparırdı.Artıq başımı yumşaq yastığıma qoyub musiqini hiss edib yuxuya daldım.
-A bala zəhirmarınızı oyanda oynayın da! Üstümüz yandı ki!
Səsləri küçədən gəlirdi.Elə bunun səsinə də ayıldım. Pəncərəni açıb nə baş verdiyinə baxdım.Top oynayan uşağlar topu vurub dayıların çayını aşırdıb.Onla belə yenə də, hər kəsin üzündə təbəssüm vardı qocasından balacasına kimi hər kəs gülürdü.Mən tez əynimi
geyinib portfelimi çiyinimə keçirib yola düşdüm.Yenə ilk rastlaşdığım sevgim ilə görüşməyə səkiyə çıxdım,amma onu tapa bilmədim.Mən onu görə bilməyib evlərinə yollandım.Pəncərənin önünə gəlib dayandım o pəncərənin önündə yox idi.Əlimcə xırdaca bir daş götürüb qaldığı otağın pəncərəsinə atdım.Çıqqıltı səsinə gəlib pəncərəni açıb barmağı ilə sakit qalmağımı dedi pəncərəni bağlayıb aşağı endi.Onun əynindəki qırmızı don çox gözəl idi.O yenədə üzündəki gülüş ilə yanıma gəldi və mən onu dünənki yerə apardım.Yaşıl yumuşaq çəmənlikdə əyləşib heyrətamiz mənzərəni sakitcə izləyirdik,bir şey danışmadan belə o artıq anlamışdı mənim onu sevdiyimi.Mən sarmaşıq kimi uzun güllərdən ona bir tac düzəldib başına qoydum.Onun sarı saçları və güllərin rəngarəngliyi ona çox yaraşırdı.Elə bil mələklə baş-başa idim.Artıq ilk sevgimlə əyləşib danışır,xəyallarımı onunla qururdum.Azacıq əsən küləklə oynanyan sacları günəş şüaları altında parıldayırdı.Mən çapıqlı əllərimlə onun saçlarını sığallayıb,danışmağa davam edirdim ki, bu anda şəhərdə həyəcan təbili çalındı.Səs bura möhkəm gəldiyindən qalxıb birgə şəhərə qaçdıq.Bir dəstə qrup təbili çalaraq uzaqlaşırdı.Deyəsən müharibə başlayırdı.Uzaqlaşan həyəcan təbilinin səsi ilə birgə, mənim xoşbəxtliyim də məndən uzaqlaşdı.İkimizin də üzündəki təbəssüm tamamilə yoxa çıxdı.Qısa bir zaman idi ki ilk sevgimi tapmışdım ama deyəsən qısa bir zamanda da itirmək üzrə idim.Onu evlərinə qədər ötürdüm.Artıq demək olar ki axrıncı görüşümüz idi.Hər şey bitirdi artıq.Bütün sevdiklərimi itirirdim ,onu da itirmək kimi bir lüzumum yox idi.Mən sakitcə heçnə demədən onun qəhvəyi rəngli gözlərinə baxırdım və qəhvəyi rəngli gözlərində payızı kəşf etdim ki bunu min dəniz rəngli gözələ dəyişmərəm belə.İkimiz də susmuşduq danışan...
Davamı var...