Bilinən Görünməzlər Blog'ları ilə siz hər gün yeni məlumatlar əldə edərək, özünüzü inkişaf etdirəcəksiniz. Ona görə də "Daima öyrənmək üçün bizi izləyin"

Qiymət niyə məhsulun üzərinə yazılır?

Frenk Vultor adı sizə nə deyir? Tanıyırsız onu? Çox güman ki, birinci dəfədir adını eşidirsiz, amma o sizə heç olmasa həftədə bir dəfə də olsa təsir edir, sizin həyat tərziniz və vərdişlərinizdən bəzilərini formalaşdırıb. Gəlin sizə bu yazıq uşağın hadisəsini danışım. Vulvort kasıb bir kəndçi ailəsində doğulur və belində buğda kisələri, odun və saman daşıyaraq böyüyür. 21 yaşına kimi bostanda atasına kömək edir və günü torpaqla keçir.
‌Bu cür həyatın onu məhv edəcəyini anlayıb bir gün evdən qaçır, "Lankaster" adlı kiçik  şəhərciyə gəlib çıxır. Frenk savadsız və bacarıqsız olduğundan bilmir nə işləsin, eləcə də ona böyük utanc verən kəkələməsi (pəltəklik) onun özünə inamını lap aşağı endirir. Təsəvvür edin, heç bir müsbət cəhədiniz yoxdur, heç nə bacarmırsınız və üstəlik də kəkələyirsən və səni insanlar başa düşmürlər, bəziləri isə, sadəcə gülür. Beləcə başqa iş tapa bilməyən Frenk balaca bir dükanda satıcının köməkçisi vəzifəsində işləməyə başlayır. Daim kəkələməsi və müştərilərlə düzgün danışa bilməməsinə görə dükan sahibi onu danlayır və başıboş, bədbəxt adlandırır. Beləcə ürəyi də zəif olan Frenk günlərin bir günü başı gicəllənir və yerə yıxılır. Huşunu itirir. Dükan sahibi qərara gəlir ki, artıq onu qovmaq lazımdır, belə səfeh, savadız və şikəst köməkçidən bir şey çıxmayacaq. Hələ ürəyi də zəifdir. Beləcə onu qovmağa bəhanə olsun deyə dükançı Frenkə belə bir şərt qoyur. "Mən gedirəm və dükanı sənə tapşırıram, əgər bu gün satılan mallar həmişəkindən bir dollar az olsa səni işdən qovacam, bu gün səni tək qoyuram! Sat malları!" Onsuz da özünə inamı az olan Frenk lap əlini üzür hər şeydən. Dükanda tək qalan Frenk  saata baxır və görür ki, artıq dükanın açılışına bir saat qalıb. Bir azdan müştərilər gələcək və malların qiymətini soruşduqca o kəkələyəcək və müştərilər heçnə almayıb çıxıb gedəcək. Bir də harda iş tapsın, harada bir quru çörək tapsın axı özünə (Dostlar, diqqətlə oxuyun , demək olar ki, heç bir şansı olmayan bir uşaq ... Belə bir uşağın milyonçu olması qeyri-mümkün bir şeydir. Və üstəlik milyonçu olmasına yeganə səbəb həmin günün olması. Onun kəkələməsi və dükanda tək qalması onu necə milyonçu eləyə bilərdi ki? Ən qəribəsi odur ki, bu doğruçu bir insanın həyatıdır. Bu nə nağıldır, nə qurma. İndi Frenkin dünyada ilk dəfə nəyi kəşf etdiyini biləcəksiniz).Kəkələyəcəyindən utanan savadsız Frenk saata baxır, artıq dükanın açılmasına on beş dəqiqə qalıb, görəsən, o necə etsin ki, alıcılarla dil tapa bilsin. Beləcə anbardan bir kağız parçası cırıb onu balaca hissələrə bölür və hər kağızın üzərinə yapışdırır. Nə üçün təxmini qiymətləri? Çünki Frenkin bu hərəkətinə kimi heç bir alim heç bir Amerika dükanında satılan malın qiyməti yazılmamışdı, satıcı müştəriyə baxaraq təxmini qiyməti  fikirləşirdi və daha sonra onlar bazarlaşırlar. Beləcə Frenk ilk dəfə olaraq dünyada qiymətlərin malların üzərində olmasını fikirləşir. Sən demə, təkcə Frenk yox, elə alıcılar da satıcıdan utandığından bəzən bəzi malları qiymətini soruşmur , çox yüksək qiymət deyiləcəyindən çox şeylər alırlar və həmin günün alış-verişi bir həftənin alış verişi qədər çox olur. Çox keçmir ki Frenk işdən çıxır və yığdığı pullara öz dükanını açır, daha sonra birini də və birini də, beləcə ilk supermarketlərin əsasını qoyur. Super marketlər ilk dükanlar olur ki, müştəri mala yaxınlaşıb özü onun əlinə götürüb və qiymətini bilərək kassaya yaxınlaşıb özü onu əlinə götürüb və qiymətini bilərək kassaya yaxınlaşa bilər. 1919-cu ildə Frenk Vulvordun sərvəti 65 milyon dollara çatır və o Nyu-Yorkun ən hündür binasını tikir "Vulvord-Bildinq" Kim deyə bilərdi ki, kəkələyən,ürəyi gedib yerə yıxılan savadsız kəndçi uşaq Nyu-Yorkda o vaxt ən hündür binanın tikəcək və bütün dünya üzrə yeni alış-veriş sistemi yaradacaq. Biz bu gün də o kəkələyən uşağın fikirləşdiyi supermarketlərdən istifadə edirik və bunun həyatımızı nə qədər rahatlaşdırdığına şahid oluruq. Halbuki hər şeyi bir uşağın utancaqlığından başlamışdı. Bacara bilmədiyinizi düşünməyin, hər şey doğurdan da sizə aslıdır. Və ən əsası Səhv buraxmaqdan qorxmayın , Diqqətlə oxuyun bizə səhv etməyin pis olduğunu məktəbdə öyrədiblər, Səhv cavab verən iki alır və valideynlərini sinif rəhbəri danlayır,səhv edənləri müəllimlər sevmir və uşaqlar dolayır, beləcə bizdə səhv etmək qorxusu o qədər möhkəmlənir ki, heç bir işə başlamaq istəmirik. Heç bir suala cavab vermək istəmirik, səhv olacağından qorxuruq. Ətraf mühitin bizi dolanması bizim üçün ölümdən betərdir.

 

Yazar: Əsədov Qəhrəman

Qiymət niyə məhsulun üzərinə yazılır?
Travmaları unuduruq yoxsa gizlədirik?
Ailə daxili münaqişələr
Cəmiyyətə Adaptasiya
Oxu və Depressiyanı bitir!