Bilinən Görünməzlər Blog'ları ilə siz hər gün yeni məlumatlar əldə edərək, özünüzü inkişaf etdirəcəksiniz. Ona görə də "Daima öyrənmək üçün bizi izləyin"

İnsanlar hələdə təkamül edir?

Homo sapiens ( latınca “ağıllı insan” və ya “bilən insan”) primatlar qrupunun böyük insansı meymunlar familyasına daxil olan və “homo” cinsində yer alan tək canlı türüdür. Atomik olaraq 300 min il öncə Afrikada ortaya çıxmış və müasir davranışlarına 50 min il öncə qovuşmuşdur.  Dik duruşumuz sayəsində, inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışıq xüsusiyətinə sahib olan bizlər, sahib olduğumuz qabiliyyətlər, dünyadakı digər bütün canlı növlərindən fərqli olaraq, bizlərə gündəlik həyatımızda istifadə edə biləcəyimiz avadanlıqlar düzəltməyimizə imkan yaratmışdır. Ətrafda baş verən hadisələri fərqində olmağımız, rasional zəkamız kimi yüksək səviyyədə düşünməmizə imkan yardan xususiyyətlər insanı “insan”edən özəlliklər hesab olunur.  Bir zamanlar təbiətin içində, mağaralarda sürü halında yaşayan, əldə etdiyimiz qidaları bişirmədən  yeyən (1 milyon il öncə homosapienslər ocağı kəşf edənə qədər), çaylaq daşlarından hazırladığımız bıçaq, nizə kimi alətlərdən istifadə edən və tamamilə ibtidai bir həyat yaşayan bizlər, bu gün hündür binalarda yaşayır, ləziz yeməkləri yeməy üçün bahalı restoranlara yollanır, bir yerdən başqa yerə getmək üçün bahalı avtomobillərdən istifadə edir, gərəkdiyində quş kimi səmada uçur, gərəkdiyində isə balıq kimi dənizdə üzürük. Homo sapiensin təkamülü  daş alətlərdən smartfon telefonlara yüksəldiyi halda, təkamül dəvam edirmi? Gələcəkdə insan oğlunu nələr gözləyir?  İlk öncə onu izah etmək lazımdır ki, təkamül prossesi çox uzun bir dövrü əhatə edir. İnsan oğlunu ibtidai həyat 
tərzindən, bu günə gəlib çıxması üçün milyon illər zamana ehtiyac duyulub. Təkamül isə dəvamlı bir prossesdir. Hər zaman dəvam edir. Hər bir canlıda instinkt olaraq mühitə uyğunlaşma prossesi gedir və bu da hər zaman canlılarda təkamül prosesinin dəvam etməsinə şərait yaradır. İnsanların yaratdığı mədəniyyət və bununla birlikdə inkişaf edən texnologiya və tibb sahəsində edilən yeniliklər, insanlarda, artıq bütün  canlılardan fərqli olaraq təbiətin qanunlardan sərbəst bir şəkildə yaşadığımız düşüncəsini yarada bilər. Ama bu belə deyil. Təbiət durmadan inkişaf edir və təkamül canlıların genetik frekanslarında dəyişikliklərə səbəb olur. Bu da illər keçsədə, gen hovuzunda dəyişikliklər olacağını göstərir. Bu gün təbii artıma baxacaq olarsaq doğum faizinin ən çox olduğu ölkələr Latın Amerikası, Afrika və Asiya ölkəlidir. Buda onu göstərirki gələcəkdə insan gen havuzunda daha çox bu irqdən olan insanların genleri üstünlük təşki edəcək.  Və eyniylə çiçək xəstəliyinidə buna misal gətirmək olar. Çiçək xəstəliyi yayılan dövrdə xəstəliyə yoluxanların çoxu yeni uşaq dünyaya gətirmədi, buda bu xəstəliyin yeni genlərə ötürülməsinin qisməndə olsa qarşsını aldı, zaman keçdikcə insanlara edilən peyvəndlər və müxtəlif tədbirlər sayəsində bu gün artıq çiçək xəstəliyi yer üzündən tamamilə təmizlənib və artıq gen hovuzundan çiçək xəstəliyi kimi bir xəstəlik mövcud deyil.  Durmadan inkişaf edən texnologiya, tibb sahəsində edilən yeniliklər və digər inkişaf ünsürlərinin insanın genomunda hələ çox dəyişikliklərə səbəb olacağı gözlənilir. Ümumiyyətlə təkamül bizə keçmiş haqqında fikir söyləməyə imkan yaradır gələcək haqqında isə teoriyalar çoxdur tam 
olaraq isə nə olacağını və təkamülün bizi necə canlı varlıqlara dönüşəcəyi ilə bağlı dəqiq fikir söyləmək mümkün deyildir. Bəlkə biolabaratoriyalarda insan orqanlarının istehsalına başlanacaq və buda insanların uzun ömürlülük (bəlkədə sonsuz) müddətini artıracaq. Bəlkə də bütün bu inkişaf və yeniliklərlə özümüz özümüzün sonunu tezləşdirəcəyik.

 

Yazar: Sevinc Rəhimova

Panteizm nədir?
Ateizm nədir?
Plasebo effekti nədir?
İnsanlar hələdə təkamül edir?
Yuxuda Beynimizdə nələr olur?
Oğlanlar Qızlardan Daha Ağıllıdır?