Bilinən Görünməzlər Blog'ları ilə siz hər gün yeni məlumatlar əldə edərək, özünüzü inkişaf etdirəcəksiniz. Ona görə də "Daima öyrənmək üçün bizi izləyin"

Cəmiyyətə Adaptasiya

Yaşadığımız şəhərdə, təhsil aldığımız üniversitet və məktəbdə, dostlarımızla birlikdə toplandığınız kiçik yığıncaqlarda, insanlara uyğunlaşmaqda çətinlik çəkdiyiniz olurmu? Insanların sizdən fərqli düşündüyü fikrindəsiniz? Ümumiyyətlə Dünyaca məşhur psixoloqlar və sosyoloqlar cəmiyyətin qaydalarına və normalarına baş qaldıran, bu qaydalara riayət etməyən və uyğunlaşmaqdan qaçan insanları maraqla incələyirlər. bu incələmərin (yəni testlərin) nəticələri isə onları durmadan heyrətləndirir. Məktəblərdə şagirdlərin bir birinə bənzər formaları, koranə bi şəkildə sərvət xərcləyən “moda qurbanlarımız”, hər kəsin əlində dolanan bahalı telefonlar, ümumiyyətlə insanları, başqalarının davranışlarını təkrarlamağa məcbur edən, gərçək və ya xəyali sosyal təzyiqlər nələrdir? 

Uyğunlaşma ilə bağlı bir çox təcrüblər aparılmışdır. Lakin,iki təcrübə bunlar arasında daha çox diqqət çəkmişdir.

Bunlardan ilkində bir neçə tələbə, qaranlıq bir otaqda toplanılır. Onlardan yalnızca biri, hər şeydən xəbərsiz olur. Yerdə qalanlar isə xüsusi olaraq seçilmiş, aktyor tələbələrdir və otaqda oynanılacaq oyundan xəbərdar olurlar. Qaranlıqda divara bəyaz bir işıq nöqtəsi yansılıtır və tələbələrdən həmin nöqtənin tərpəndiyi anda bildirməkləri istənilir. Öncədən xüsusi olaraq toplanmış tələbələr yerdə qalan bir tələbəni çaşdırmaq üçün nöqtənin hərəkət etdiğini iddia edirlər. Testə gətirilmiş tələbə isə öncələr doğru yanıtlar versədə sonradan otaqdakı digər tələbələrin fikirlərinə qoşulur və nöqtə tərpənmədiyi halda tərpəndiyini iddia edir. Bu test bir neçə dəfə təkrarlanır və çoxusunda nəticə eyni olur. 

Ikinci təcrübə isə, 1952-ci ildə Amerikan psixoloq olan Asch tərəfindən aparılır. Tələbələr hər qrupda beş nəfər olmaqla, iki qrupa ayrılır. Tələbələr hamısı bir masa ətrafında toplanılır. Onlara iki kart verilir. Və bir kartın içində müxtəlif ölçülərlə sıralanmış (məs. A,B,C) cızıqlar olur. Digər kartda isə sadəcə bir nümunə cızıq olur. Və tələbələrdən birinci kartdakı cızıqlardan hansının, nümunə cızıqla eyni ölçüdə olduğu soruşulur. Lakin, bu tələbələrdən ikinci qrup, öncədən planlanmış şəkildə, durmadan yanlış cavablar verirlər. Birinci qruptakı tələbələr isə, öncələr doğru cavablar versələr də, sonralar cavablarını dəyişirlər. Cızıqların ölçüləri arasındakı fərqlər çox net olmağına baxmayaraq tələbələr çaşırlar və cavab verməkdən çəkinirlər.
Aschın bu təcrübələri dəfələrlə təkrarlanır. İnsanların cavablarına təsir edən müəyyən amillər olsada, testin nəticəsi 75% bir göstəriciylə eyni olur. 
Bəs onda belə bir sual yaranır; Niyə insanlar başqalarının hərəkətlərini təkrar etməyə meyillidirlər? 
Bu suala qısaca cavan verəcək olarsaq; "insanlar daima haqlı olmaq və sevilmək istəyirlər" cavabını verə bilərik. Daha dərinə enəcək olarsaq isə, insanlar daima necə davranacaqları haqqında başqalarından kopya çəkməyə çalışırlar. Ətrafımızdakıların bizdən daha çox, bizim isə onlardan daha az şey bildiyinə inandığımız təqdirdə "kütlənin arxasından gedəcəyik". Çoxumuz özümüzü bir sosyal qrupun nümayəndəsi olaraq görürük. Nümayəndə olmaq isə, qaydaları və normaları izləməmiz anlamını veririr. Və bu tam olaraq cəmiyyət basqısının özüdür. "Aid olma ehtiyacımız" səbəbindən bu davranışları sərgiləyirik. Daha olğun insanlar və ego gücü daha çox olan insanlar, cəmiyyətə daha az uyğunlaşa bilirlər. Eyni zamanda mentalitet və mədəni böyüdülmə tərzimizdə cəmiyyətə uyğunlaşmamıza böyük təsir göstərir.
Və son olaraq, Amerikan rüyası denilən bir şey var əminəmki çoxunuz bundan xəbərdarsınız. James Baldwin demişdirki "Amerikan rüyası, hər kəsin mümkün olduğunca çox bir birinə bənzəməsini istəyir". Buna görə böyük ehtimalla hər zaman bizə, "əgər uğurlu olmaq istəyirsənsə işlədiyin şirkətin tərzini mənimsəməlisən" deyirlər. Biolojik robot kimi proqramlanılmış, eyni geyimdə, eyni beyində insanlar toplusu. Fikirlərin başqalarının qərarlarından asılıdır və eyni zamanda, başqalarının qərarlarıda sənin fikirlərindən.
O zaman sizə bir sual. Bəs siz nə istəyirsiz? Hər kəs kimi uyumlu olmaqmı yoxsa...?

 

Rəhimova Sevinc | Bilinən Görünməzlər

Qiymət niyə məhsulun üzərinə yazılır?
Travmaları unuduruq yoxsa gizlədirik?
Ailə daxili münaqişələr
Cəmiyyətə Adaptasiya
Oxu və Depressiyanı bitir!