Bilinən Görünməzlər Blog'ları ilə siz hər gün yeni məlumatlar əldə edərək, özünüzü inkişaf etdirəcəksiniz. Ona görə də "Daima öyrənmək üçün bizi izləyin"

Yuxuda Beynimizdə nələr olur?

Yuxuladığımız zaman bədənimiz yuxu rejiminə keçir, REM(Rapid Eye Movement) yuxusuna keçdiyimiz zaman bütün əzələlərimizin hərəkəti dayanır və gözlərimiz xaric hər yerimiz keçici olaraq iflic olur. Bundan qorxmağa dəyməz, əslində bədənimizin keçici olaraq iflic olması yaxşıdır. Ona görə ki, əgər belə olmasaydı yuxuda etdiklərimizi realda fiziki olaraq həyata keçirərdik. Bundan sonra beyin kökündəki sinir hüceyrələri təsadüfi şəkildə bir-birilə əlaqəyə girir. Bəzi mütəxəssislər bu işarətləri mənalandırmağın yuxuları əmələ gətirdiyini bildirir. Frontal korteks, yəni beynin ön tərəfindəki idrak vəzifəsini yerinə yetirən bölmə fəaliyyətini dayandırır.Buna görə də, siz bir-birindən tamamilə fərqli yuxular da görə bilərsiniz. Yuxular beyindəki iki önəmli bölümü - yaddaşın beşiyi hesab edilən "Hipokampus" ilə duyğularımızı idarə etməkdə böyük önəm kəsb edən amigdalanı bir-birilə əlaqələndirir. Yuxuda baş vermiş hadisələri və eləcə də, qəribə və həqiqətə sığmayan şəkildə görərkən qorxmağınız və ya xoşbəxt olmağınız da buna görədir.
Gözləriniz açıq olmasa da beyninizin görüntüləri analiz edən mərkəzi - görüntü korteksi öz fəaliyyətini davam etdirir. Bu da yuxuları beyninizdə görməyinizi təmin edir. Əksər yuxular REM yuxularında görülür. REM-dən kənarda nadir hallarda yuxu görə bilərsiniz. Lakin bu yuxu adi olar. 
Niyə bəs Yuxu görürük?

yuxular əslində tamamilə bizə aid və bizim yaratdığımız xəyallardır. 

Məsələn, gün içində böyük bir münaqişə yaşadınız, ya da sizi çox kədərləndirən bir hadisə oldu. Yuxuda bunu öz formalaşdırdığınız şəkildə görməyiniz mümkündür. Təbii ki, bu birbaşa sizinlə əlaqəsi olmayan şeylər də olabilər, amma şüuraltınız və yaşadığınız hadisələr yuxu əsnasında da sizdən əl çəkmir. Çox yorulduğumuz günlərdə 7 yuxu görə bilərik. Ancaq bu yuxuların az qismini xatırlayırıq. İstisnalar əlbəttə, mümkündür. Bəzi vaxtlar yuxunun tamamını da xatırlaya  bilərik. Yuxuları xatırlamamağımızın bir səbəbi də zehnin özünümüdafiə sistemi ilə əlaqələdir. Əgər hər şeyi xatırlasaydınız, yuxu ilə gerçəyi bir-birindən fərqləndirə bilməzdiniz. Ümumiyyətlə mütəxəssislərin rəyinə görə, yuxular yaşadıqlarımızı şüuraltına həkk etməyimizə kömək edir. Həmçinin, oyanma anı yaxınlaşdıqca yuxuların daha tez görülməsi ilə zehnin reallığa alışmasına yardımçı olması ilə bağlıdır. Bəzən görüb unutduğunuz yuxular həqiqi həyatda sizə dejavyu yaşadar. O günü əvvəldən yaşamış kimi hiss edərsiniz. Və ya birincə dəfə getdiyiniz bir yerə "mən buranı bir yerdən xatırlıyıram" deyə bilərsən

İndi isə yuxular haqqında az bilinən məlumatları təqdim edirəm.

1. Oyandıqdan sora ilk 5 dəqiqə gördüyümüz yuxunun 50 faizini, 10 dəqiqə tamamında isə 90 faizini unuduruq. 
2.Yuxular simvolikdir. Bir mövzu ilə əlaqədar gördüyünüz yuxu tam olaraq o mövzunu ifadə etmir. Yuxular sizə hər hansı bir hadisəni işarələrlə başa salır. Yuxuların dərin simvol dili vardır. 
3.Yuxunun həqiqi həyatla birləşməsi. Zehnimiz, bədənimiz o anda eşitdiyi və ya hiss etdiyi şeyləri yuxularımızla birləşdirir.  Məsələn, yuxuda konsertdə olduğunuzu gördüyünüz zaman həqiqi həyatda radioda musiqi səslənir. 
4.Yuxu iflici. Dərin yuxu zamanı beynimizdəki bir sistem hərəkətə keçir və bədənimizin hərəkət etməsini əngəlləyir. 
Bu yuxu zamanı bizim fiziki olaraq zədə almamağımız üçündür. 
5.Yuxuda gördüyümüz tanımadığımız insanlar əslində həyatda qarşılaşdığımız ama xatırlamadığımız insanlardır. Zehnimiz heç zaman yeni simalar yaratmaz.  
6. Həddən artıq psixoloji problemləri olan insanlardan başqa hamı yuxu görür. Yuxu görmədiyini düşünən insanlar əslində yuxularını çox tez unudurlar. 
7. Xoruldayan zaman yuxu görmək mümkün deyil. Elmi olaraq sübut edilməsə də, aparılan araşdırmalarda xoruldayan insanların  daha az, qısa və unudulan yuxular gördüyü izlənilib
8. Yuxu ilə bağlı bildiyimiz hər şey son 25 ilin nəticəsidir.

Yazar: Əsədov Qəhrəman

Panteizm nədir?
Ateizm nədir?
Plasebo effekti nədir?
İnsanlar hələdə təkamül edir?
Yuxuda Beynimizdə nələr olur?
Oğlanlar Qızlardan Daha Ağıllıdır?